Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR

Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR
  • Hərb

  • 44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.

    Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların dördü hərbi pilotdur, biri isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.

    Asiya.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb:

    “İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər.

    Oğlanlarım da əmilərinə baxıb pilot peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə idarə edəcəyik.

    Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın?

    Qardaşlarım yük təyyarəsi idarə ediblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır.

    Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub”.

    Fotoda: Taleh Həşimov

    Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR

    Mirəsgər Həşimov deyir ki, hər üç oğlu Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

    Akademiyada öyrəndikləri və təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov “Azərbaycan bayrağı” ordeni, Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub.

    Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb.

    Onların döyüşdə qazandıqları nailiyyətlərdə həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb:

    “Mən bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdü.

    Onun düşmənin məhv edilməsində böyük rolu olub. Prezident də onun şücaətini qiymətləndirib. Ona bir neçə günlük məzuniyyət vermişdilər və kəndə gəlmişdi.

    İnanın, heç bir dəqiqə istirahət edə bilmədi, hamı onu ziyarətə gəlirdi. Zarafatla deyirdi ki, müharibə bundan rahat idi.

    Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyil. Şəhidlərimiz oldu, kəndimiz də 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim oğullarımın, qardaşlarımın da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu”.

    Fotoda: Araz Həşimov

    Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR

    Fotoda: Fikrət Həşimov

    Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR

    Fotoda: Qalib Həşimov

    Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR


    Fotoda: Alim Həşimov

    Bir ailədən müharibəyə gedən beş nəfər - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər