ABŞ-da son 70 ildə ilk dəfə qadın məhbus edam olunub

ABŞ-da son 70 ildə ilk dəfə qadın məhbus edam olunub
  • Dünya

  • ABŞ-da təxminən son 70 ildə ilk qadın məhbus edam olunub.

    Asiya.az
    -ın “New-York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    “52 yaşlı Liza Montqomeri 2007-ci ildə federal jüri tərəfindən yekdilliklə tövsiyə olunan və Missuri məhkəməsi tərəfindən təsdiqlənən ölüm hökmünə əsasən Terre Haut cəzaçəkmə müəssisəsində edam olunub”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.

    O, 1953-cü ildən bəri ABŞ-da federal səlahiyyətlilər tərəfindən edam edilən ilk qadındır.

    Qeyd edək ki, Liza Montqomeri 2004-cü ildə 23 yaşlı qadını qətlə yetirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər