Azərbaycanda ata oğlunu qorxutmaq üçün güllələdi

Azərbaycanda ata oğlunu qorxutmaq üçün güllələdi
  • Hadisə

  • Şabran rayonunda güllələnmə faktı baş verib.

    Asiya.az
    APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirəmsən kəndində qeydə alınıb. Həmin kənddə yaşayan Teyyub Məmmədovun oğlu Ürfan Məmmədov arasında mübahisə düşüb.

    Mübahisə zəminində ata oğlunu qorxutmaq məqsədilə həyətdə olan vaqona atəş açıb. Güllə vaqona dəyəndən sonra qəlpələrdən bir neçəsi 37 yaşlı Ürfana dəyib.

    Sol gözünün qaş nahiyəsindən xəsarət alan Ü.Məmmədov Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti yaxşıdır.

    Faktla bağlı Şabran Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər