İndi də Azərbaycan əleyhinə olan separatçılarla işləyir – Azərbaycanın Samara vilayətindəki diasporunun uğursuz fəaliyyəti

İndi də Azərbaycan əleyhinə olan separatçılarla işləyir – Azərbaycanın Samara vilayətindəki diasporunun uğursuz fəaliyyəti
  • Siyasət / Araşdırma

  • Ötən yazılarımızda xüsusi olaraq onu vurğulamışdıq ki, Rusiya Federasiyasındakı Azərbaycan diasporunun fəaliyyətində pərakəndəlik hələ də hökm sürür. Qarabağda tarixi zəfər çalan Milli Ordumuzun bir qolu kimi qəbul etdiyimiz diasporumuzun bu vəziyyətdə olması isə, təəssüf hissləri yardır. Millətimizin və dövlətimizin xarici ölkələrdəki təmsilçisi olan bu ordumuzun bu durumda olması səbəbini isə, onun, kimlərinsə əlində siyasi alətə çevrilməsi kimi izah etmişik.

    Məsələn, Azərbaycanın Samara boyda böyük bir vilayətindəki diasporunun uğursuz taleyindən yazanda, öncə onu qeyd etmişik ki, bu xoşagəlməzliyin əsas günahkarı, 15 ildən çoxdur ki, buradakı diaspor təşkilatını əlindən buraxmayan və indiyədək ona heç bir uğur qazandırmayan Şirvan Kərimovdur.

    Bir sözlə, onun haqqında, çoxsaylı ölkə mətbuatı kimi, eləcə də bütün ölkələrdəki, ələlxüsus Rusiyadakı diasporumuzun işləri ilə daim maraqlanan bir mətbu orqan olaraq, araz.az saytı da, ciddi və düşündürücü çox materiallar dərc edib.

    Asiya.az xəbər verir ki, hər kəsin: "Şirvan Kərimov kimdir?" -- sualına ətraflı cavab tapması üçün, araz.az-ın onun haqqında dərc etdiyi həmin yazıları oxuması kifayətdir.

    Onun iç üzünü açan əksər yazılarda, o, "sapı özümüzdən olan balta", yarımədəni bir insan kimi təqdim edilib. Və İlk növbədə, Azərbaycan diasporunun belələrindən yaxa qurtarmasının vacibliyi önə çəkilib. Xüsusi olaraq o da vurğulanıb ki, əks təqdirdə, heç bir hörmətli azərbaycanlı onun tutub, əlindən buraxmadığı, heç rəsmi dövlət qeydiyyatından belə keçməyən Rusiya Azərbaycanlıları Liqasına gəlməyəcək. Həm də ona görə ki, Samarada fəaliyyət göstərdiyi müddət ərzində, yalnız intriqalar yaradan Şirvan Kərimov diasporumuzu parçalayan bir adam kimi yadda qalıb.

    Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradanlar, eləcə də xaricdə nüfuz sahibi olan soydaşlarımızın əleyhinə iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyalarının təşkilatçıları sırasında, onun da adı başda çəkilib. Konkret desək, diaspor fəalları arasında düşünülmüş şəkildə "ortaya səpilən qarşıdurma toxumları", şahidi olduğumuz saysız-hesabsız intriqa və ədavətlər daha çox onun da adına çıxılıb.
    Ümumiyyətlə, Şirvan Kərimovun diasporumuzun işinə əngəl yaradan bəd
    əməlləri, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq, milli diasporumuzun tarixinə vurulan qara bir ləkədir. Özünə, ailəsinə, xalqına sayğı duyan hər kəs, Şirvan Kərimovun belə bəd və murdar əməllərinə qarşı həmişə vaxtında reaksiya göstərib.

    Di gəl ki, heç bir rəsmi dövlət qurumu, bu ad altında min oyundan çıxan, istədiyini edən bu arzuolunmaz şəxs haqqında indiyədək ciddi ölçü götürməyib. Konkret desək, hələ də onun xətrinə dəyən tapılmayıb. Bütün bunlar azmış kimi, diasporumuzun taleyi ilə oynayan və Rusiya Azərbaycanlıları Liqası adı altında milli maraqlarımız əleyhinə getməkdən çəkinməyən, diasporumuzun imicinə yalnız böyük ziyanlar vuran bu şəxs, hətta "Diaspor fəaliyyətində xidmətə görə” medalına da layiq görülüb. Axı, bu medala layiq görülməsi üçün, Şirvan Kərimovda diaspor rəhbərinə xas hansısa bir xarizmatik xarakter belə yoxdur.

    O, diaspor təşkilatı adı altında etdiklərinə görə, medala yox, qatı cinayətkar olaraq, ciddi cəzaya layiqdir. Çünki diasporumuzun liderlərindən biri kimi özünü qələmə verən, reputasiyası təmiz olmayan bu şəxsin, diaspor fəalı kimi yaxşı tanıdığımız soydaşlarımızın da yaşadıqları bu vilayətin respublikamızla əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə ölkəmizlə bağlı obyektiv informasiyaların yayılmasında, eləcə də doğma dilimizin və mədəniyyətimizin xarici ölkələrdə təbliğində, doğma Vətənimizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında yaxşı mənada yadda qalası heç bir xidməti olmayıb. Bunlar barəsində indiyədək ortada hansısa bir məlumat da yoxdur.

    Şirvan Kərimov haqqında yazılan əksər mətbu materiallarda da, həmişə belə qeyd edilib ki, onun rəhbəri olduğu təşkilat adından heç vaxt ölkəmizin haqlı mövqeyi müdafiə edilməyib, düşmən təxribatlarına bütün səviyyələrdə layiqli cavab verilməyib. Bunlar azmış kimi, o, saxtakar erməni tarixçisinə istinad etməklə, milli maraqlarımıza ciddi zərbələr vuran çıxışlar etməkdən də çəkinməyib. Erməni sevgisi hədsiz güclü olan Şirvan Kərimov, hətta, Samarada buraxdırdığı "Ocaq" adlı mətbu nəşrin əksər yazılarında dövlətimizin atributlarını, rəmzlərini, eləcə də məsul vəzifələrdə çalışanları təhqir etməkdən, millətimizin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə bir vaxtlar rəhbərlik etmiş Serj Sarkisyanla sevinclə badə qaldırmaqdan belə çəkinməyib.

    Bunları bir daha yazmaqda əsas məqsədimiz kimisə ittiham etmək, kimisə qaralamaq, kiminsə fəaliyyətinə kölgə salmaq deyil. Biz, sadəcə, onu demək istəyirik ki, reputasiyası təmiz olmayan bir təşkilat rəhbərinə nədən rəsmi qurumlar tərəfindən dəstək verilir?! Bir daha qeyd etmək istəyirik ki, Şirvan Kərimovun Samaradakı mövcud diaspor təşkilatı, özündəndeyən müxtəlif şəxslərin 1993-cü ildə mövcud olmuş “batalyon” və “dəstə”lərini xatırladıb, yada salır.

    Yuxarıda deyilənlərdən də aydın görünür ki, uzun illərdir dövlətimiz kifayət qədər vəsait ayırsa da, hətta ölkəmizdə bu məsələ ilə bağlı konkret Diasporla iş üzrə Dövlət Komitəsi fəaliyyət göstərsə də, bu sahədə vəziyyət yenə düzəlmir ki, düzəlmir. Nə qədər acı olsa da, bir daha qeyd etməliyik ki, Rusiya kimi nəhəng ölkədə fəaliyyət göstərən diasporumuz uzun illər, Azərbaycanı istəməyən Abbas Abbasov kimi adamların əllərində alətə çevrilib. Bunun bariz nümunəsini 2013-cü ilin prezident seçkilərində də gördük.

    Onlar “Milyarderlər İttifaqı” və başqa adlar altında, öz siyasi ambisiyalarını həyata keçirmək üçün, çirkin məqsədlərə əl atmaqdan belə çəkinmədilər. Ölkə başçısının bu istiqamətdə apardığı ardıcıl işlərə baxmayaraq, yenə də, onlar diasporumuzun bir araya gəlməsində maraqlı olmadı, diaspordan ancaq öz şəxsi maraqları üçün istifadə etdilər. Hətta bəzi diaspor rəhbərləri öz şəxsi maraqları üçün “erməniyə dayı” deməyə də hazır olduqlarını açıq-aşkar ortaya qoymaqdan belə çəkinmədilər. Elə, indiki kimi, Şirvan Kərimov sayağı! Əvvəlcədən də qeyd etdiyimiz kimi, Şirvan Kərimov ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib, ermənilərə hüsn-rəğbətini xüsusi qeyd edib. Nəinki sıravi ermənilərə hüsn-rəğbət bəsləyib, hətta saxtakar erməni alimlərindən tez-tez sitatlar gətirməkdən sanki rahatlıq tapıb.
    Bəli, xoşagəlməz bu yazı Rusiyada rəsmi qeydiyyatdan keçmədən, qanunsuz olaraq fəaliyyət göstərən "Rusiya Azərbaycanlıları Liqası" adlı bir təşkilatın Samara vilayətindəki rəhbəri Şirvan Kərimov barəsindədir. O, Şirvan Kərimov ki, hətta öz Facebook səhifəsində erməni tarixçisi Movses Xorenskinin “Ermənistan tarixi” kitabına istinad edərək, əcdadlarının Azərbaycana gəlmə olduğunu qeyd edib və beləcə, düşmən “dəyirmanına su tökməkdən” rahatlıq tapıb. Bir daha qeyd edirik ki, əldə etdiyimiz məlumatlara görə, Şirvan Kərimovun rəhbərlik etdiyi bu diaspor təşkilatı keçmiş Baş nazirin sabiq birinci müavini, hazırda isə, Azərbaycana qarşı fəaliyyət göstərən bir "nüfuz sahibi" kimi özünü tanıdan Abbas Abbasovun nəzarəti altındadır.

    Digər məlumatlara görə, 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri öncəsi Abbas Abbasov şəhər rəhbərliyinə Azərbaycanın növbəti prezidenti kimi təqdim olunurmuş. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, diaspordan çirkin məqsədlər üçün istifadə edilirmiş. Şirvan Kərimov isə, Abbas Abbasovun göstərişi ilə, Samarada fəaliyyət göstərən diaspor cəmiyyətlərinin bir araya gəlməsinə, birgə tədbirlər keçirməsinə mane olurmuş.

    Bütün bunlar azmış kimi, diaspor sədri, indinin özündə belə, rəhbəri olduğu təşkilatdan ancaq öz şəxsi maraqları üçün istifadə edir, ona ancaq pul qazanmaq mənbəyi kimi baxır. Öz həmvətənlərinə savadsız kütlə kimi baxan bu şəxs, hətta hər şeyi öz şəxsi iradəsi ilə həll edir. Bu isə, Samaradakı soydaşlarımızın ciddi narazılıqlarına səbəb olur.
    Əldə etdiyimiz son məlumatlara görə, Şirvan Kərimov hal-hazırda Rusiya Federasiyasında Azərbaycan əleyhinə işləyən separatçılarla birgə fəaliyyət göstərir. Bu məlumatlardakı faktları dəqiqləşdirdiyimiz üçün, bu barədə ətraflı olacaq bir yazını bu yaxınlarda dərc etməyi planlaşdırırıq.

    Məqsədimiz kiminləsə intriqa və düşmənçilik yox, diasporumuzun birgə fəaliyyətinə nail olmaq, əleyhimizə olan mənfur düşmənlərə qarşı vahid cəbhədən mübarizə aparmaqdır.Bunun üçün, Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyində təmsil olunanlardan da bir daha xahiş edirik ki, Samarada fəaliyyət göstərən diaspor təşkilatlarının bir araya gəlməsinə və milli maraqlarımıza uyğun fəaliyyət göstərməsinə yardımçı olsunlar...
    PAYLAŞ:

    Oxşar xəbərlər