Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Masallıdan olan şəhid zabit Əlimərdan Quluzadənin ailə üzvləri ilə görüşüb - FOTO

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Masallıdan olan şəhid zabit Əlimərdan Quluzadənin ailə üzvləri ilə görüşüb - FOTO
  • Araşdırma / Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Birinci Yeddioymaq kənd sakini, şəhid zabit Əlimərdan Quluzadənin atası Fəttah Quluzadə, şəhidimizin xanımı İlahə Quluzadə və azyaşlı qızı ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid zabitin ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Şəhidimizin əziz ailəsi, Siz Vətən uğrunda igidliklə döyüşərək öz canını fəda etmiş zabitin ailəsisiniz. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

    Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
    Əlimərdan kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
    Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Tarixi zəfər münasibətilə şəhid zabitin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
    Görüşdə “Asiya.Az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
    Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Masallıdan olan şəhid zabit Əlimərdan Quluzadənin ailə üzvləri ilə görüşüb - FOTO
    Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİMİB sədri Arzu Bağırova Masallıdan olan şəhid zabit Əlimərdan Quluzadənin ailə üzvləri ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər