Qənirə Paşayeva şəhid Nəcməddin Bədirovun atası ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Nəcməddin Bədirovun atası ilə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon Düz Qırıqlı kənd sakini, şəhid əsgər Nəcməddin Bədirovun atası Nurəddin Fərman oğlu Bədirovla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid əsgərin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:
    “Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Nəcməddin kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

    Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazandı. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
    Q.Paşayeva şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
    Qənirə Paşayeva şəhid Nəcməddin Bədirovun atası ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər