Qənirə Paşayeva şəhid Qadir Heydərovun atası ilə görüşüb

Qənirə Paşayeva şəhid Qadir Heydərovun atası ilə görüşüb
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Qadir Heydərovun atası Ədalət Heydərovla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva qəhrəman şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:
    “Əziz şəhid atası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Qadir kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
    Azərbaycan Ordusunun əsgəri olmuş oğlunuz Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

    Oğlunuzun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
    Q.Paşayeva şəhid əsgərin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər