Rusiyanın Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur - Lavrov

Rusiyanın Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur - Lavrov
  • Siyasət

  • “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur".

    "TASS" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov XİN-in 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransındakı çıxışında bildirib.

    "Rusiya Federasiyasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq və onu Rusiyanın tərkibinə daxil etmək fikri yoxdur", - deyə Lavrov qeyd edib.

    Bununla yanaşı o, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 44 günlük hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatında heç bir gizli əlavə olmadığını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər