Qənirə Paşayeva Masallıdan olan qazi ilə görüşdü - FOTO

Qənirə Paşayeva Masallıdan olan qazi ilə görüşdü - FOTO
  • Hərb / Manşet

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini, Vətən Müharibəsi qazisi Cəbrail Eldəniz oğlu Cəbrailovla görüşüb, onu tarixi zəfər münasibəti ilə təbrik edib, qayğıları ilə maraqlanıb:

    “Əziz qazimiz,
    Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
    Siz, Azərbaycan Prezidentinin Sərəncamları ilə Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinizə görə müvafiq olaraq “Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmisiz.
    Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.
    Sizi düşmən üzərində tarixi zəfər və cənab Prezident tərəfindən təltif olunmağınız münasibəti ilə təbrik edir, ilk günlərini yaşadığımız 2021-ci ildə yeni uğurlar diləyirəm”!

    Qənirə Paşayeva qaziyə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.
    Qazi C.Cəbrailov səmimi görüş və təbrik üçün Komitə sədri Q.Paşayevaya təşəkkür edib.
    Qənirə Paşayeva Masallıdan olan qazi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər