Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd

Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
  • Araşdırma / Cəmiyyət

  • Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun Londondakı kolleksiyasına aid ASL(*)NOV seriyalı bahalı avtomobilləri ictimaiyyətə yaxşı məlumdur. Rafiq Aslanov Londonda yaşayan oğlu Afiq Aslanov üçün manat ekvivalenti ilə təxminən 1 milyona ikinci mənzil (mülkiyyət nömrəsi SY793665) alıb.

    Asiya.az
    -ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə yazıb.

    C.Həsənli xatırladır ki, Rafiq Aslanov ölkənin hazırda mövcud olan 3 dövlət su şirkətinin əsasında yeni yaradılacaq vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir:

    "Su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək".

    Asiya.az xəbər verir ki, bunu dövlət başçısı Sumqayıtda çıxışında deyib.

    "Ölkənin su təsərrüfatının bərbad günə qoyulmasının əsas səbəblərindən biri kimi bu sahəyə ayrılan vəsaitlərin ASC rəhbərliyi tərəfindən korrupsiya yolu ilə mənimsənilməsini isbat edən onlarla sənəd yayımlamşıq. İstər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu və qızının xarici ölkələrdəki bahalı mülkləri və otelləri, onun müavini Rafiq Aslanovun oğlunun Londondakı kolleksiyasına aid ASL(*)NOV seriyalı bahalı avtomobilləri ictimaiyyətə yaxşı məlumdur.

    Aşağıda Qarabağda qanlı müharibənin 16-cı günündə Rafiq Aslanovun Londonda yaşayan oğlu Afiq Aslanov üçün manat ekvivalenti ilə təxminən 1 milyona aldığı ikinci mənzilin (mülkiyyət nömrəsi SY793665) sənədlərini də təqdim edirəm. Sənələrdəki tarixə diqqət edin. Məhz müharibənin 16-cı günü onun doğulduğu Füzuli şəhəri uğrunda döyüşlər gedirdi.

    Rafiq Aslanov ölkənin hazırda mövcud olan 3 dövlət su şirkətinin əsasında yeni yaradılacaq vahid su təsərrüfatı sisteminə rəhbərlik etməyə əsas iddialı şəxsdir. Yəqin bugünkü çıxışdan sonra cənab Aslanov qüsl edib təmizlənəcək".

    Sənədləri təqdim edirik:
    Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
    Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
    Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
    Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
    Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
    Rafiq Aslanov su və melorasiya pulları ilə oğluna Londonda 1 milyon manata daha bir mənzil aldı - Sənəd
    PAYLAŞ:

    Oxşar xəbərlər