Masallıdan olan qəhrəman şəhidimiz Şəmsəddin Təhməzovun atası ilə görüş keçirildi - FOTO

Masallıdan olan qəhrəman şəhidimiz Şəmsəddin Təhməzovun atası ilə görüş keçirildi - FOTO
  • Araşdırma / Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Güllütəpə kənd sakini, şəhid əsgər Şəmsəddin Təhməzovun atası Sərvər Təhməzovla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhidin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!

    Sizin oğlunuz Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərənmcamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal oğlunuza Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.
    Şəmsəddin kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Tarixi zəfər münasibətilə şəhid əsgərin atasına Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
    Görüşdə “Asiya.Az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.

    Qeyd edək ki, şəhidin qardaşı Şəhriyar Təhməzov Silahlı Qüvvələrdə MAXE olaraq xidmət edir. O, Vətət Müharibəsi qazisidir. Döyüşlər zamanı bədəninin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb və hazırda müalicəsi davam edir.
    Masallıdan olan qəhrəman şəhidimiz Şəmsəddin Təhməzovun atası ilə görüş keçirildi - FOTO
    Masallıdan olan qəhrəman şəhidimiz Şəmsəddin Təhməzovun atası ilə görüş keçirildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər