
Bu gün Yardımlı rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Asiya.az xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq məsafə saxlamaqla Şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər düzmüş və şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
