Masallıda da koronovirusa qarşı peyvəndə başlanılıb

Masallıda da koronovirusa qarşı peyvəndə başlanılıb
  • Sosial / Araşdırma

  • Yanvarın 18-dən Azərbaycanda COVID-19-a qarşı vaksinasiya başlanılıb.

    Asiya.az
    xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

    Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupuna aid olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi peyvənd olunacaq.

    Asiya.az-a danışan Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərov bildirib ki, yanvar ayının 20-dən Masallı rayonunda da koronovirusa qarşı peyvəndə başlanılıb.
    “Dünən Masallı Mərkəzi Rayon Xəstəxanasının 109 işçisinə peyvənd vurulub. Peyvəndlər nəzərdə tutulan ardıcıllıqla davam etdiriləcəkdir”.

    “Tibbi sığorta Masallıda nə vaxt tətbiq olunacaq?” sualına isə Cəlil Nəzərov bildirdi ki, yanvar ayının 1-dən başlayaraq biz artıq bu sistemlə işləyirik.
    PAYLAŞ:

    Oxşar xəbərlər