Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."

Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."
  • Sosial / Araşdırma

  • "Çox hörmətli, Prezident. Məlumat üçün onu da bildirmək istəyirəm ki, Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsi bu yaxınlarda evimə bir qumarbaz məmurla ismarıc- xəbərdarlıq göndərib ki, «Məfkurə bir də şikayət etsə o ev üzü görməyəcəkdir!»".

    Asiya.az
    Dia.az-a istinadən bildirir ki, bu sözlər şəhid anası Məfkurə Əbdürəhimova Prezident İlham Əliyevə müraciətində yer alıb.

    Şəhid anası daha sonra yazır: "Elə bil ki, bu adamın dədəsindən ev istəyirəm. Budur, son müraciətlərimə Sizin aidiyyatı məmurlar ümumiyyətlə şəhid anası olaraq mənə hörmətsizlik edir, cavab vermirlər. Əvvəllər isə heç olmasa Nazirliyin Şəkidəki şöbəsindən Mahir müəllimin göndərdiyi adamlar gəlib uçuq-sökük evimizin şəkillərini çəkib gedirdilər. Amma bu gün reallıqda Siyahı üzrə məndən əvvəl və məndən sonra adları olanlara evlər verilib.

    Bu gün Şəki şəhərinin yarısını ələ keçirmiş bu bürokrat məmurlar və Nazirlikdəki süründürməçilər mənim kimi şəhid anasına qoyduqları hörmətsizliyi əslində Ali Baş Komandan kimi Sizə qoyurlar. Ona görə də xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inanadığınız və etibar etdiyiniz PA müdiri cənab Samir Nuriyev, ya da nazir cənab Mikayıl Cabbarov məşğul olub nəticəni Sizə məruzə etsinlər".

    Dünən şəhid anası Məfkurə Əbdürəhimova başına gələn olayla bağlı da Prezidentəı müraciət edib. Şəhid anası dia.az vasitəsilə yazır:

    "27 İLDİR Kİ, SİZİN TƏYİ ETDİYİNİZ AYLIQ 300 MANAT ŞƏHİD PENSİYASINDAN BAŞQA HEÇ BİR İMTİYAZDAN İSTİFADƏ ETMƏMİŞƏM, NƏ DƏ BİR ŞƏHİD AİLƏSİ OLARAQ BU VAXTA QƏDƏR MƏNİM AİLƏMLƏ MARAQLANAN OLMAYIB, İSTƏR PANDEMİYA, İSTƏRSƏ DƏ MÜHARİBƏ DÖVRÜNDƏ, DÖVLƏTDƏN YEGANƏ İSTƏYİM 1 MƏNZİL ALIB 9 NƏFƏRDƏN İBARƏT ÖVLADLARIMI BİR YERƏ YIĞIB ÖMRÜMÜN SON GÜNLƏRİNİ YAŞAMAQDIR.

    ***

    BU GÜN 20 YANVADA SƏHƏR QAPIMIZI DÖYDÜLƏR, OĞLUMA BİR 5 kq-lıq BAĞLAMA GƏTİRMİŞDİLƏR... ŞƏKİ İCRA HAKİMİYYƏTİ TƏŞKİL EDİBMİŞ. BAĞLAMADA 2 kq MAKARON, 1KQ UN, 1kq QƏND OLDUĞU BİLDİRİLDİ, OĞLUM NÜMAYƏNDƏDƏN BAĞLAMANI GÖTÜRMƏYİ RƏDD ETDİ.

    CƏNAB PREZİDENT, XAHİŞ EDİRƏM YERLİ MƏMURLARINIZI BAŞA SALASINIZ Kİ, ƏGƏR SON 27 İLDƏ KİMSƏ ŞƏHİD AİLƏSİNİ YADA SALMAYIB BU GÜN 20 YANVARDA QAPIMI ŞİKAYƏT YAZANDAN SONRA AÇIRSA, BU MƏDƏNİYYƏTSİZLİKDİR, MƏN MAKARON YOX, HAQQIM OLAN MƏNZİLİ İSTƏMİŞƏM, ƏVVƏL İSƏ ŞƏKİ İH SƏLAHİYYƏTLİLƏRİ UTANMADAN MƏNƏ HƏDƏ NOTASI GÖNDƏRMİŞDİLƏR Kİ, ELƏ ETMƏSİN Kİ, EV ÜZÜ GÖRSÜN, YOXSA PİS OLACAQ!

    CƏNAB PREZİDENT XAHİŞ EDİRƏM MƏNİM MƏSƏLƏMİ ŞƏXSİ NƏZARƏTİNİZDƏ SAXLAYASINIZ, BUNLARA QALSA, MƏN ÜMİDİMİ ÜZMƏLİYƏM".
    Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."
    Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."
    Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."
    Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..."

    Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
    PAYLAŞ:

    Oxşar xəbərlər