ABŞ-da ermənipərəsət konqresmenlər fəallaşdı: “Dağlıq Qarabağın müstəqilliyi tanınsın”

ABŞ-da ermənipərəsət konqresmenlər fəallaşdı: “Dağlıq Qarabağın müstəqilliyi tanınsın”
  • Dünya

  • "Erməni lobbisinin maliyyələşdirdiyi amerikalı konqresmenlər fəallaşıblar".

    Asiya.az
    xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. Politoloq erməni lobbisinin ermənilərin gələcəyi ilə bağlı narahat olduğunu qeyd edib:

    "Görünür, Azərbaycanın müharibədə qələbə qazanması onların da yuxusuna haram qatıb. Amerika Senatının beynəlxalq əlaqələr komitəsinin sədri Robert Memendes yeni dövlət katibini Entoni Blinkini ermənilərin gələcək taleyi ilə bağlı sual yağışına tutub:

    "1. ABŞ Cənubi Qafqazdakı etnik erməniləri Azərbaycanın və Türkiyənin hücumlarından necə qoruya bilər? 2. ABŞ Minsk Qrupunda ermənilər maraqları naminə hansı işlər görə bilər? 3. Amerika təhlükəsizlik sahəsində Azərbaycana yardımı davam etdirməlidirmi?”.

    Entoni Blinkin ermənipərəst konqresmenin suallarına onun eşitmək istədiyi cavabları verib. Bu o demək deyil ki, yeni dövlət katibi Robert Menendesin istəklərini yerinə yetirəcək. Blinkin dövlət katibi postunda ilk gündən Senatın beynəlxalq əlaqələr komitəsinin sədri ilə münasibətlərini korlamaq istəmir. Blinkin dövlət katibi kimi Amerikanın maraqlarını düşünməlidir. Amerikanın maraqları isə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla əməkdaşlığın davamını diqtə edir".

    E.Şahinoğlu erməni konqresmenin Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini yenidən gündəmə gətirdiyini vurğulayıb:

    "Bu arada, ikinci ermənipərəst konqresmen Adam Şifrin də "hərəkətə” keçib və Konqresin Dağlıq Qarabağın "müstəqilliyini” tanımağa çağırıb. Şifrin Türkiyənin bölgədəki rolunun azaldılması gərəkliyini də sözlərinə əlavə edib.

    Bu ermənipərəst konqresmenləri anladıq, üzərinə düşən işləri görürlər. Bəs bu illər ərzində ABŞ Konqresində bircə dənə də olsan konqresmenlə əlaqə qura bilmədik ki, o da Menendes kimi yeni dövlət katibinə bu sualları versin:

    "1. Amerika Avropaya qaz nəql edən və strateji müttəfiqimiz İsrailin dostu olan dünyəvi müsəlman ölkəsi olan Azərbaycana dəstəyini hansı şəkildə artıra bilər?; 2. Rusiyanın nəzarətində olan Ermənistandan fərqli olaraq Azərbaycana təhlükəsizlik sahəsində yardımları artıra bilərikmi?”.
    PAYLAŞ:

    Oxşar xəbərlər