Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? – Yanvarın 27-də Ali Məhkəmə bu ədalətsizliyi durduracaqmı?

Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? – Yanvarın 27-də Ali Məhkəmə bu ədalətsizliyi durduracaqmı?
  • Cəmiyyət / Manşet

  • “Azərbaycan Televizya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun iddiası ilə həbs edilən Şücayət Əkbərovun ailə üzvləri Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə növbəti dəfə müraciət ediblər.

    2018-ci il iyun ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il və Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarıyla onların cəzası azaldılıb. Qərara əsasən, Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib.

    Xatırladaq ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

    Şücəayət Əkbərov iki dəfə açıq ürək əməliyyatı keçirib, şəkər xəstəliyindən əziyyət çəkir. Cəzaçəkmə müəssisəsində səhhəti bir neçə dəfə kəskin pisləşib. Həbsdə olduqları müddətdə Qoçəli Cəbiyev xərçəng xəstəliyindən vəfat edib. Zöhrab Şirinovun da səhhətində kəskin problemlər yaranıb, yaxınlarının bildirdiyinə görə o, dəri xərçəngindən əziyyət çəkir.

    Müraciətdə qeyd olunur ki, Ş. Əkbərov və onuna birlikdə tutulanlar Arif Alışanovun sifarişi ilə əsassız olaraq həbs olunub. Onlar ittihamlarda göstərilən heç bir cinayət əməli törətməyiblər.

    “İstintaq və məhkəmələr absurd, gülüş doğuran, əsassız və qanunsuz nəticəyə gəliblər ki, guya Şücayət Əkbərov Arif Alışanovu Bakı şəhərindəki kabinetində və Bakı-Şamaxı yolunda öldürməyə cəhd edib. Məqsəd onun 5 milyon manatdan çox pulunu ələ keçirmək olub. Halbuki, nə istintaqda, nə də məhkəmədə Ş. Əkbərovun cinayətə cəhd etməsi sübuta yetiriləməyib. İttiham tərəfi ortaya heç bir dəlil-sübut qoya bilməyib. Əgər iş üzrə ittiham sübütlarla deyil, ehtimallarla və mülahizələrlə verilirsə, onda Cinayət Prosessal Məcəlləninin sübütlar və sübutetmə maddələri kimə və nəyə lazımdır?”-deyə müraciətdə qeyd olunur.

    Müraciət müəllifləri bildirirlər ki, ibtidai istintaq zamanı və məhkəmədə ifadə verən təqsirləndirilənlərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində Şücayət Əkbərovun Arif Alışanovun etibarından sui-istifadə etməklə və ya onu aldatmaqla əmlaka olan hüqüqlarını ələ kecirməsini təsdiq edən məlumatlar mövcud deyil:

    “Buna baxmayarq, ibtidai istintaq orqanı, birinci instansiya məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası sadalanan maddi və prossesual qanunların tələblərini kobud şəkildə pozmaqla, qərəzli şəkildə verilən ifadələrin mətnini təhrif etməklə ehtimallar əsasında Ş.Əkbərovu törətmədiyi cinayətə görə təqsirli biliblər”.

    Ailə üzvləri bildirirlər ki, Arif Alışanov Ş.Əkbərovla birlikdə onun avtomobilində mütəmadi olaraq Şamaxının meşələrində, dağlarında, kimsəsiz yerlərində olublar. Onun belə bir niyyəti olsaydı, Arif Alışanovu oralarda qətlə yetirərdi. İttihamda qeyd olunduğu kimi, bu məqsədlə silahlı komanda toplamazdı.

    Müraciət müəllifləri ölümə cəhd və dələduzluq cinayəti törətməyə görə təqisrləndirilən şəxsə 18 il azadlıqdan məhrum etmə cəzasının verilməsini də qərəzin, sifarişin sübutu sayırlar. Belə itthamlara görə, hədisz ağır cəza ilk dəfə Şücayət Əkbərəova verilib.

    Qeyd olunur ki, Arif Alışanovun istintaqa və məhkəməyə təsir göstərərək təqsirləndirilənlərin ağır cəzalara məruz qalması yeganə fakt deyil. AzTV-nin keçmiş rəhbəri nüfuzundan istifadə edərək, Ş.Əkbərovun keçmiş həyat yoldaşı Səlimə Sadıqovanı zorla Bakıdan Şamaxı Notariusuna apartdıraraq ona aid bütün daşınar və daşınmaz əmlakı əvvəlcə işçisi Camal Nəbiyevin, daha sonra qızı Nigar Alışanovanın və bacısı qızı Nilufərin adına keçirdirib. “Bu əmlakların ehtimal edilən cinayət yolu ilə əldə edilib-edilməməsini gözləmədən, istintaq və prosessual qaydada sənədləşdirmə aparılmadan, Səlimə Sadıqovanın ayrı təsərrüfatda olmasına və Ş. Əkbərovla 3 il əvvəl boşanmasına baxmayaraq, zorakılıq, hədə-qorxu ilə ondan alıblar” , – deyə müraciətdə bildirilir.


    Sadıqova Arif Alışanovun zorla aldığı əmlakların geri qaytarılması üçün Nərimanov rayon Məhkəməsində iddia qaldırıb. Amma burada da, hakim Vüqar Quliyevin ədalətsizliyi ilə üzləşiblər. “Məhkəmə hərtərəfli və obyektiv araşdırmadan qərəzli, sifarişli qətnamə çıxardı. Halbuki, işin araşdırılması üçün 5-6 dəfə məhkəmə iclası təyin olunsa da, cavabdehlər iclaslara gəlmədilər. Bu hörmətsizliyə baxmayaraq, hakim məhkəmə iclasında tərəf kimi çıxış edir, şahidlərimin ifadələrini yarıda saxlayır, mövqe bildirir, şəxsi dəlilləri ilə ifadələri şübhə altına alır, etirazlarımız baxılmamış saxlanılır. Hakimin qərərzi o həddə idi ki, hətta iddiaçı S. Sadıqovaya sərbəst ifadə verməyə belə imkan verməyib, heç bir vəsatət təmin edilməyib və açıq – aşkar cavabdehləri müdafiə edib. Belə rüsvayçı prosesdən sonra əlbəttə, A. Alışanovun lehinə əsassız, qanunsuz qətnamə çıxarıldı.

    Qətnamə elan olunandan sonra Səlimə Sadıqovanın hal pisləşib, o belə ədalətsizliyə və “Allahsızlığa” görə hakimi qınayanda, Vüqar Quliyev bu işi ona “yuxarıdan” – Ali Məhkəmənin sədri Ramiz Rzayevin tapşırdığını bildirib” , – deyə müraciətdə qeyd olunur.

    Bundan sonra iddiaçılar hakimin qəsdən, bilə-bilə maddi və prossesual qanunları pozmaqla qətnamə çıxarmasından Məhkəmə Hüqüq Şürasına müraciət etsələr də, V. Quliyev barədə heç bir araşdırma aparılmayıb.

    Müəlliflər sonda iqtintaq orqanlarının və məhkəmələrin Arif Alışanov kimi korrupsioner məmurun əlində alət olmasından təəssüf edir, bu cür özbaşınalıqların, ədalətsizliklərin ölkə başçsının apardığı siyasətə kölgə saldığını vurğulayırlar. “Arif Alışanovun necə məmur olduğunu təsdiq edən bircə faktı qeyd edirəm: “Ayda 2 min manat maaş alan məmur 70 milyon manatdan çox var-dövləti necə əldə edə bilər? O bizdən 7 milyon manat pul tələb edir. İstintaqda, məhkəmədə bircə dəfə niyə soruşulmadı ki, Arif Alışanov, bu varidatın mənbəyi haradır?”, -deyə Şücayət Əsgərovun ailə üzvləri qeyd edirlər.

    Ölkə rəhbərliyinə ünvanlanan müraciətdə yanvarın 27-də Ali Məhkəmədə Fərhad Kərimovun sədirliyi ilə Şücayət Əkbərovun şikayətinə baxılacağı qeyd olunub. “Arif Alışanovun yaxın adamları artıq “Ali Məhkəmədə məsələni həll etdiklərini” deyirlər.

    Ümid edirik ki, nəhayət Azərbaycan məhkəmələri bir korrupsionerin cəngindən xilas olub, ədalətli qərar verməyə özündə güc tapacaq”, – deyə Ş. Əkbərovun ailə üzvləri bildirirlər.

    Elmar, Gununsesi.org
    PAYLAŞ:

    Oxşar xəbərlər