Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR

Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR
  • Sosial

  • Daşkəsən rayonunda COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb.

    Asiya.az
    xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində 2021-ci ilin yanvar ayında vaksinləşmə prosesinə başlanılıb.

    21 yanvar 2021-ci il tarixdən Daşkəsən rayonunda da vaksinasiya prosesinə başlanılmışdır. Rayon Mərkəzi Xəstəxanasında COVID-19-a qarşı vaksinasiya prosesinin həyata keçirilməsi üçün xüsusi otaqlar ayrılaraq zəruri şərait yaradılmışdır. Birinci mərhələdə səhiyyə işçilərinin peyvənd olunması prosesinə başlanılmışdır.
    Bu günə kimi 43 səhiyyə işçisi peyvənd olunub. Qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hər hansı bir narahatçılıq yaşanmayıb.
    İlkin olaraq Daşkəsən rayonuna 127 dozada vaksin gətirilib.

    Vaksin otaqları peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib. Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personalı xidmət aparır.
    Qeyd edək ki, peyvənd olunan hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir.
    Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR
    Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR
    Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR
    Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR
    Daşkəsəndə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər