Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq

Azərbaycanda istixana sahiblərinə qazdan istifadəyə görə ödənişdə güzəşt tətbiq olunacaq
  • Sosial / Manşet

  • 2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər.

    Asiya.az
    xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən "APA-Economics"ə verilən məlumata görə, belə ki, xüsusən Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib.

    Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını “Azəriqaz” anlayışla qəbul edir.

    Bu səbəbdən istixana sahibləri mövcud borclarının 50%-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər.

    Qeyd edək ki, hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində 227, Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində 210, Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində isə 254 istixana sahibkarlıq subyekti fəaliyyət göstərir.
    PAYLAŞ:

    Oxşar xəbərlər