Portuqaliyada prezident seçkiləri keçirilir

Portuqaliyada prezident seçkiləri keçirilir
  • Dünya

  • Portuqaliyada prezident seçkiləri keçirilir.

    Asiya.az
    -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08.00 açılıb, saat 19.00-da bağlanacaq.

    Ölkədə səsvermə hüququna malik 9 milyondan çox insan var. Hazırkı Prezident Marselu Rebelu di Souza daxil olmaqla, prezident kürsüsünə 7 iddialı var.

    Prezident 5 il müddətinə seçilir. Sosioloji sorğulara əsasən, 2016-cı ildən bu postu tutan Marselu Rebelu di Souza seçkilərin favoritidir. Əgər namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplamazsa, fevralın 14-də ikinci tur keçiriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər