Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
  • Araşdırma / İdman

  • Azərbaycan Birinci Vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti və İcra Komitəsinin sədri seçilib.

    Asiya.az
    saytı xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

    Bildirilib ki, 11-ci Ümumi Yığıncaq və İcra Komitəsinin 37-ci iclası çərçivəsində baş tutan səsvermənin yekununa əsasən Mehriban Əliyeva növbəti 5 ildə federasiyaya rəhbərlik edəcək.

    Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti və İcra Komitəsinin sədr müavini seçilib. Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilyevanın növbəti 5 il müddətinə İcra Komitəsinə üzvlüyü təsdiqlənib.

    Qeyd edək ki, Mehriban Əliyeva 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər