“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM - "...o, mənə çirkin təkliflər etməyə başladı"

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM - "...o, mənə çirkin təkliflər etməyə başladı"
  • Araşdırma / Olay

  • Bu yaxınlarda aktualxeber.az saytında “Tikinti maqnatı zorladığı qızı ölümlə hədələyir” başlıqlı məqalə dərc etmişdi.

    Asiya.az xəbər verir ki, yazıda redaksiyamıza ərizə ilə müraciət edən Yasamal rayon sakini Cəfərova Qəmər Xanım Fəxrəddin qızı iddia edirdi ki, ölkədə qalmaqallı iş adamı kimi tanınan İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) onun çarəsiz vəziyyətindən istifadə edərək zorlayıb və üstəlik evini də əlindən alıbdır. Bu iş adamı haqqında qısa araşdırma apardıqda İ.Axundovun adının mənzil dələduzluğuna dair çoxlu olaylarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların ən yüksək instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olsaq da, maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs havadarlarının sayəsində sudan quru çıxmağı bacarıbdır.

    Eyni zamanda şikayətçi Q.Cəfərova iddia edirdi ki, İsfəndiyar Axundov və onun ikinci arvadı olan Vəfa adlı qadın onu ölümlə hədələyirlər. Bu hədələrlə bağlı o, redaksiyamıza səs yazıları, sənədlər və digər sübutlar da təqdim etmişdi. Şikayətçi xanım yazır: “18.05.2018-ci il tarixdə “Şərur” MTK-nın Yasamal rayonu ərazisində yerləşən kompleksindən özümə 148.349 manat dəyərində olan mənzili 10 illik ipoteka ilə aldım. Bir il qrafiklə hər ay 1762.30 manat ödəniş etdikdən sonra devolvasiya səbəbindən gecikmələrim oldu. İ. Axundovun işçiləri onun tapşırığıyla mənzilin işığını kəsməklə və digər üsullarla mənə təzyiq göstərməyə başladılar. Mənim valideynlərimin xəstə olduğunu bildiyindən o, mənə çirkin təkliflər etməyə başladı. Əgər onunla yaxınlıq etsəm kreditimi bağlayacağını və məni özünün ikinci ailəsi kimi saxlayacağını vəd edirdi. Mən ona bakirə olduğumu bildirib etiraz etdikdə, mənə olan təzyiqlər daha da artırdı. 2016-cı ilin iyun ayında məni “Hollywood” şadlıq sarayındakı ofisinə çağırtdırdı. Oradakı bütün kameraları və işıqları söndürtdürərək məni otağındaca zorladı. Mənim bu hadisəni kimsəyə deməməyimi tapşıraraq hədələdi. Eyni zamanda susmağım üçün bir müddət özünə məxsus “Qlamur” adlı parfümeriya və “Hollywood Wedding” gəlinlik dükanlarının idarəçiliyini mənə verdi… Bu münasibət İsfəndiyar Axundovun ikinci həyat yoldaşı olan Vəfanın xəbər tutacağı 2018-ci ilin əvvəlinə kimi davam etdi. Həmin vaxtdan hər ikisi məni ölümlə belə hədələməyə, hər şeyimi əlimdən almağa başladılar və buna da nail oldular…”

    Bizim vasitəmizlə dövlət başçısından və birinci xanımdan kömək istəyən çarəsiz və evsiz qalmış qadın onun pozulmuş hüquqlarının bərpa olunacağına, ona dəyən maddi ziyanın ödəniləcəyinə ümid edir.//dia.az

    Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq
    PAYLAŞ:

    Oxşar xəbərlər