Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO

Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib - VİDEO
  • Manşet, Olay, Asiya TV

  • Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Asiya.az
    xəbər verir ki, bu barədə məlumatı Abşeron MRX-nin direktoru Mehriban Qaralova bildirib.

    Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.

    Qeyd edək ki, Abşeron rayonunun Xırdalan şəhəri 27-ci məhəllədə evdə partlayış olub. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda axtarış-xilasetmə işləri davam edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər