BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı

BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı
  • Sosial

  • Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb.

    Asiya.az
    xəbər verir ki, layihələndirmə işlərini "AAB LAYİHƏ-TİKİNTİ" MMC görəcək. Müqavilənin şərtlərinə görə, BDU şirkətə 330 min manat ödəyəcək.
    Qeyd edək ki, "AAB LAYİHƏ-TİKİNTİ" MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır.

    Şirkətin qanuni təmsilçisi Səfərov Taleh Kitay oğludur.

    BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı
    PAYLAŞ:

    Oxşar xəbərlər