Qənirə Paşayeva şəhid Murad Məmmədovun atası ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Murad Məmmədovun atası ilə görüşüb - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Sumqayıt şəhər sakini, Vətən Müharibəsinin şəhidi Murad Məmmədovun atası Yusif Məmmədovla Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhidin atasını işğalçı Ermənistan üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb:

    “Əziz şəhid atası, sizi tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm!

    Sizin oğlunuz Vətən Müharibəsində fədakarlıqla iştirak edib, şəhid olub.

    Sizin oğlunuzun və onun cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

    Nümunəvi gənclərimizdən olan Murad, Vətən Müharibəsi başladıqda, qardaşının öncəbhədə olmağına baxmayaraq özü də könüllü olaraq, 01 oktyabrda cəbhəyə yola düşüb. O, 25 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox siz şəhid valideynləri haqq edirsiz.

    Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edirəm!
    Qənirə Paşayeva şəhid Murad Məmmədovun atası ilə görüşüb - FOTO
    Qənirə Paşayeva şəhid Murad Məmmədovun atası ilə görüşüb - FOTO
    Q.Paşayeva şəhid atasına Mədəniyyət Komitəsi adından Məktub və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
    Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər