Qənirə Paşayeva Azərbaycan-Türkiyə Birgə Media Platformasının önəmindən danışdı - FİLM

Qənirə Paşayeva Azərbaycan-Türkiyə Birgə Media Platformasının önəmindən danışdı - FİLM
  • Siyasət / Asiya TV

  • Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisdə Azərbaycan-Türkiyə Birgə Media Platformasının önəmindən danışıb və 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan həqiqətlərinin yayılmasında fəal iştirak edən qardaş Türkiyənin mətbuat və media qurumlarına təşəkkürünü bildirib.

    Asiya.az
    xəbər verir ki, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında səsverməyə çıxarılan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” məsələnin müzakirəsində çıxış edib.

    Komitə sədri Memorandumu Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” formuluna uyğun və çox vacib sənəd kimi dəyərləndirib: “44 günlük Vətən Müharibəsində qardaş ölkə media qurumlarının bizim haqlı mövqeyimizi dünyada necə yaydıqlarını bir daha gördük. Bu Memorandumdan irəli gələn vəzifələr bizim ortaq hədəflərə daha tez çatmamız, mövqelərimizi daha da koordinasiya etməmiz baxımından çox önəmlidir. Özəlliklə, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması, televizya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi müddəalarını vurğulamaq istərdim. Biz – parlamentdə təmsil olunan media mənsubları bu məsələnin vacibliyini zaman-zaman qeyd edirdik, çox şadıq ki istəklərimiz artıq gerçəkliyə çevrilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevə, qardaş ölkənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana çox minnətdarıq ki, belə bir Memorandumun imzalanmasını uyğun görmüşlər.
    Biz Mədəniyyət Komitəsi olaraq Memorandumun təsdiq olunmasını dəstəkləyirik və həmkarlarımı da öz dəstəklərini ifadə etməyə dəvət edirəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər