Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib, xəsarət alanlar var

Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib, xəsarət alanlar var
  • Olay

  • Şabran rayonunda Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib.

    Asiya.az
    xəbər verir ki, Şabran rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1968-ci il təvəllüdlü Ağarzayev Feyruz Əlövsət oğlunun və Siyəzən rayon sakini, 1984-cü il təvəllüdlü Ağayev Əmirağa Ağabala oğlu qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərilərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.


    PAYLAŞ:

    Oxşar xəbərlər