Ermənistan ordusu ərazilərimizdən çıxarılır

Ermənistan ordusu ərazilərimizdən çıxarılır
  • Hərb

  • “Ermənistan müdafiə sistemləri artıq ərazilərimizdən çıxarılır”.

    Asiya.az
    xəbər verir ki, bu barədə Qazet.az-a politoloq Zaur Məmmədov məlumat verib.

    “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə sülhməramlıların müşayiəti ilə aparılır”, – deyə politoloq əlavə edib.

    Qeyd edək ki, ötən gün separatçıların ordularının ləğv ediləcəyi haqqında erməni KİV-lər müxtəlif mənbələrə istinad edərək məlumatlar verirdilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər