Qadın məşqçi özü də bilmədən hərbi çevrilişi lentə aldı - VİDEO

Qadın məşqçi özü də bilmədən hərbi çevrilişi lentə aldı - VİDEO
  • Dünya / Asiya TV

  • İki gün öncə Myanmada hərbi çevriliş olub. Prezident Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji hərbçilər tərəfindən saxlanılıb.

    Asiya.az
    xəbər verir ki, ölkədə 1 illik fövqəladə vəziyyət rejimi elan edilib, hakimiyyət Silahlı Qüvvələrin baş komandanı Min Aun Xlainə keçib. Bununla yanaşı, vitse-prezident Myint Şveni müvəqqəti prezident təyin edilib.

    Həmçinin paytaxt Naypyida şəhərində internet və telefon kəsilib, dövlət televiziyası yayımını dayandırıb.

    Öləkədə bütün bunlar baş verərkən aerobika məşqçisi Xinq Hnin Vainin videosu gündəmə damğa vurub. Belə ki, hərbi çevrilişdən xəbərsiz olan xanım məşqçi canlı yayımda məşq keçib və özü də bilmədən çevrilişi lentə alıb.

    Videoda Xinq Hnin Vainin məşq etdi, arxa fonda isə hərbi kalonun keçidi, parlament binasına doğru hərəkət etdi görülür.

    PAYLAŞ:

    Oxşar xəbərlər