Son 10 ilin ən yaxşı futbolçuları - Ronaldu və Messi...

Son 10 ilin ən yaxşı futbolçuları - Ronaldu və Messi...
  • İdman

  • Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

    Asiya.az
    İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu, Cənubi Amerikada isə İspaniya "Barselona"sının argentinalı forvardı Lionel Messi birinci olub.

    "Real"ın və İspaniya millisinin müdafiəçisi Serxio Ramos "köhnə qitə"nin ən yaxşı ikinci oyunçusu hesab edilib. "Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yerlə kifayətlənib.

    Braziliya yığmasının və Fransa PSJ-sinin forvardı Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın "San Paulu" komandasında oynayan müdafiəçi Daniel Alveş isə üçüncü olub. (Fanat.az)
    PAYLAŞ:

    Oxşar xəbərlər