İcra başçısı məşhur idmançını Azərbaycandan necə qaçaq saldı?

İcra başçısı məşhur idmançını Azərbaycandan necə qaçaq saldı?
  • Manşet / İdman

  • Prezident İlham Əliyevin AZTV-yə son müsahibəsi zamanı söylədiyi fikirlər ciddi müzakirələrə səbəb olub. Dövlət başçısı növbəti dəfə məmurlara xəbərdarlıq edərək, onları öz işləri ilə məşğul olmağa, həyata keçirilən islahatlara kölgə salmamağa çağırıb.

    Uzun illərdir mətbuatda məmur özbaşınalığı ilə bağlı müzakirələr gündəmə gəlsə də, bəzi “çinovnik”lər nəinki bundan nəticə çıxarmır, əksinə əl qoyduqları digər sahələri də monopoliyaya alırlar. Peşəkar boksçu, boks üzrə üçqat dünya çempionu Ramal Amanovun başına gətirilənlər bunun bariz nümunəsidir.

    Asiya.az-a daxil olan məlumata görə, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov tədbirlərin birində boksçuları təhqir etməyə başlayıb. Buna etiraz edən Ramal Amanov S.Mikayılov tərəfindən küçə söyüşləri ilə təhqir olunub. R.Amanov isə icra başçısına “Süleyman müəllim, “Niyə bizi təhqir edirsiniz” iradını bildirdikdə isə S.Mikayılov “Sənin kitabın bağlandı, get “parkovşik işlə” şəklində qarşılıq verib və onu söyməkdə davam edib. Bundan sonra Ramal Amanov üçün bütün qapılar bağlanıb və bütün yarışlardan kənarda saxlanılıb.

    İcra başçısı məşhur idmançını Azərbaycandan necə qaçaq saldı?
    Ölkəmizin tanınmış idmançılarından olan Ramal Amanov Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova müraciət etsə də, Fövqəladə Hallar naziri “Süleyman mənim üçün doğma adamdır, onun qərarını ancaq o özü ləğv edə bilər” cavabını verib. İcra başçısı tərəfindən təqib olunan R.Amanov çıxış yolunu ölkəni tərk etməkdə görüb.

    Hazırda ABŞ-da yaşayan R.Amanov peşəkar boksçu olaraq xarici ölkələri təmsil edir və kifayət qədər uğurlu nəticələri var. Bütün hallarda Ramal Amanov kimi yüksək nəticə əldə edən idmançılarımız Azərbaycanda yaşaya və bayrağımızı beynəlxalq yarışlarda dalğalandıra bilərdi. Necə ki, Ulu Öndər Heydər Əliyev deyərdi: Azərbaycanın bayrağı iki halda dalğalanır: “Biri prezident xaricə ölkəyə səfər edəndə, digəri isə idmançılar nailiyyət qazananda”.
    Amma bu Ramal Amanov və onun kimi istedadlı idmançılara nəsib olmadı. Çünki “Çakır” ləqəbli Süleyman Mikayılov və digər məmurlar Azərbaycanı öz oylağı hesab etdilər və peşəkar insanları ölkəmizdən qaçaq saldılar. Özü də nəyə görə: “Təhqir olunmasına etiraz etdiyinə görə”.
    PAYLAŞ:

    Oxşar xəbərlər