Bakıda minik avtomobili dərəyə aşıb, xəsarət alan var - FOTO

Bakıda minik avtomobili dərəyə aşıb, xəsarət alan var - FOTO
  • Olay

  • Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

    APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

    Belə ki, 1995-ci il təvəllüdlü Zülfüqarzadə Hikmət Fikrət oğlu idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman avtomobil dərəyə aşıb.

    Nəticədə H.Zülfüqarzadə ağır xəsarət alaraq avtomobildə sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.

    Sürücü nəqliyyat vasitəsindən çıxarılaraq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
    Bakıda minik avtomobili dərəyə aşıb, xəsarət alan var - FOTO
    Bakıda minik avtomobili dərəyə aşıb, xəsarət alan var - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər