Azərbaycanda ardıcıl üç zəlzələ oldu

Azərbaycanda ardıcıl üç zəlzələ oldu
  • Olay

  • Azərbaycanda daha bir zəlzələ olub.

    Asiya.az
    xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ saat 08:12-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Şamaxı rayonu ərazisində qeydə alınıb.

    Zəlzələnin maqnitudası 3.8, dərinliyi 3 km olub.

    Zəlzələ hiss olunmayıb.

    ***

    10:52

    Hacıqabulda yenidən zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

    Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.

    10:38

    Hacıqabulda zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

    Zəlzələnin maqnitudası 4, dərinliyi 3 km olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər