11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başlandı - VİDEO

11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başlandı - VİDEO
  • Dünya / Asiya TV

  • Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı sosial şəbəkələrdə yayılan video ilə əlaqədar istintaqa başlayıb.

    Asiya.az
    -ın yerli bürosu xəbər verir ki, bu barədə DİN-in məlumatına bildirilib.

    Qeyd olunub ki, istintaqda Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanın evlənməyə məcbur edilməsini nəzərdə tutan maddə ilə başladılıb.

    “Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yeniyetmələrlə İş üzrə Baş İdarəsi müvafiq video yayıldıqdan dərhal sonra reaksiya verib və Gürcüstan Cinayət Məcəlləsinin azyaşlının evlənməyə məcbur edilməsini nəzərdə tutan 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaqa başlayıb. Yayılan video materialda qeyd olunan cinayət hallarının müəyyənləşdirilməsi məqsədi ilə bütün müvafiq istintaq və prosessual tədbirlər aparılır”, - deyə məlumatda bildirilib.

    Qeyd edək ki, Gürcüstanın Ombudsman Aparatı da müvafiq video ilə əlaqədar araşdırmalara başladığını bəyan edib. Qurumun bəyanatında bildirilib ki, ictimai müdafiəçinin nümayəndələri faktla əlaqədar əlavə məlumatlar əldə edib və bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

    “Təəssüf ki, erkən evlilik, uşaq nikahı, habelə xoşagəlməz nişan mərasimləri hələ də Gürcüstanda mövcuddur. Gürcüstanın ictimai müdafiəçisi tərəfindən araşdırılan nümunələr göstərir ki, bu kimi hallar daha çox məcburi evliliklər, azadlıqdan qanunsuz məhrumetmə və valideynlər arasında əldə edilən razılaşmalar formasında baş verir”, - deyə Ombudsman Aparatının məlumatında qeyd olunub.

    Bəyanatda Gürcüstanın ictimai müdafiəçisi hüquq-mühafizə orqanlarını fakta adekvat reaksiya verməyə və evlənməyə məcburetmə halının qarşısının alınması, uşağın maraqlarının təmin edilməsi istiqamətində lazımi araşdırma aparmağa çağırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər