Fəxrimiz Tarzan İsmayılovu tanıyaq-VİDEO

Fəxrimiz Tarzan İsmayılovu tanıyaq-VİDEO
  • Asiya TV

  • Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları zamanı əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi.

    Rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. İgid Vətən oğullarının şanlı zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Nəhayət, hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş noyabrın 10-da böyük Qələbə ilə başa çatdı.

    Qanunla.Az xəbər verir ki,44 günlük Vətən müharibəsində iştirak edən və qələbədə payı olan qardaşlarımızdan biri də,əslən Zərdab rayonundan olan Tarzan İsmayılovdur.
    Tarzan İsmayılov Ukraynanın Xerson şəhərinin ''Cavanlar Cəmiyyətinin'' sədridir.Vətən müharibəsi başlayan gündən Tarzan İsmayılovun sədirlik etdiyi,cəmiyyətin adından orduya və şəhid ailələrinə 34.000 min manatlıq yardımlar edilib. Qürur duyuram ki, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsində Tarzan İsmayılov kimi vətənpərvər qardaşlarımızında payı var.
    Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
    PAYLAŞ:

    Oxşar xəbərlər