Qənirə Paşayeva Lerikdən olan tankçı şəhidin ailəsi ilə görüşdü - FOTO

Qənirə Paşayeva Lerikdən olan tankçı şəhidin ailəsi ilə görüşdü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidi, gizir Cəlal Ağayevin atası Ağaverdi Xanverdi oğlu Ağayevlə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili igid hərbçinin həyat və döyüş yolu ilə yaxından tanış olub, ürək sözlərini bölüşüb:

    “Şəhid ailələri bizimçün çox dəyərlidir. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Vətən uğrunda canını fəda etmiş igid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Biz bilirik ki, Cəlal Ağayev 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib.
    Tankçı oğlunuz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən öz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, habelə respublika ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı ilə təltif edilib.
    Cəlal Ağayev kimi hərbçilərimizlə hər zaman qürur duyacağıq!

    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Dəmir Yumruğu işğalçıları layiqli şəkildə cəzalandırıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”!

    Şəhid tankçının atasına Komitə adından Məktub təqdim edilib.
    Qənirə Paşayeva Lerikdən olan tankçı şəhidin ailəsi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər