Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO

Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO
  • Siyasət / Araşdırma

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri cənab Baxrom Aşrafxanovla Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, görüşdə qarışılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

    Qardaş ölkə səfiri ilə görüşməkdən məmnunluq ifadə edən Komitə sədri, Azərbaycanla Özbəkistan arasındakı möhkəm tarixi bağlardan, mədəniyyət birliyindən danışıb.
    Q.Paşayeva Prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyev cənablarının ölkələrimizin bütün əməli fəaliyyət sahələri üzrə daha sıx əməkdaşlığı üçün həyata keçirdiyi işlərin hər bir məsul şəxs, ictimai xadim və ziyalı üçün də örnək olduğunu vurğulayıb. Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Milli Məclisin də qarşılıqlı əlaqələrin güclənməsi üçün öz töhfələrini verdiyini qeyd edən Q.Paşayeva, Mədəniyyət Komitəsinin xətti ilə həyata keçirilən tədbirlərdən də danışıb.
    Q.Paşayeva Azərbaycan Prezidentinin Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi, Şuşada keçiriləcək "Xarı bülbül" festivalı və "Vaqif Poeziya Günləri"i, habelə 2021-ci ilin Azərbaycanda Nizami İli, Özbəkistanda isə Nəvainin İli elan edilməsi barədə fikirlərini bölüşüb.

    Özbəkistanla Azərbaycan arasında mədəniyyətyönümlü müxtəlif layihələrin keçirilməsi və bir sıra başqa qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərin bölüşüldüyü görüşdə mədəni əlaqələrin daha da gücləndirilməsinin hər iki qardaş ölkə xalqı üçün maraqlı olduğu vurğulanıb.
    Görüşdə, parlamentlərin müvafiq dostluq qrupları arasındakı səmimi münasibətlərin, eləcə də mədəniyyət komitələri arasında əlaqələrin daha da güclənddirilməsinin hər iki tərəf üçün maraqlı olduğu bildirilib.

    Şuşanın türk dünyası və islam dünyasının paytaxtı elan olunması ilə bağlı ölkə başçısına əlaqədar beynəlxalq qurum rəhbərləri tərəfindən təkliflər olduğunu xatırladan Q.Paşayeva qardaş ölkə səfirinə üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı və özbəkcə işıq üzü görmüş "Qarabağ hekayələri" kitabını təqdim edib.
    Səfir Baxrom Aşrafxanov səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib, öz ürək sözlərini bildirərək, parlamentlərin mədəniyyətlə bağlı uyğun komitələri arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi üçün hər cür dəstək göstəriləcəyini bildirib.
    Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO
    Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO
    Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO
    Qənirə Paşayeva Özbəkistanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər