Azərbaycanda sabiq Təhsil naziri həbs olundu - FOTO

Azərbaycanda sabiq Təhsil naziri həbs olundu - FOTO
  • Cəmiyyət / Manşet

  • Naxçıvan MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov həbs olunub.

    Asiya.az
    xəbər verir ki, sabiq naziri günün günorta çağı Bakıda saxlayıb Naxçıvana aparıblar.

    Əməliyyatın MR polisi tərəfindən həyata keçirildiyi xəbər verilir.

    Bildirilir ki, sabiq naziri Muxtar Respublikanın yazılmamış “qızıl qanunu”nu pozaraq ora-bura şikayət məktubları yazmaqda şübhəli biliblər.

    Azərbaycanda sabiq Təhsil naziri həbs olundu - FOTO
    İddialara görə, Naxçıvan “ev bizim, sirr bizim” prinsipi ilə idarə olunur, Muxtar Respublikadan hər hansı şikayətin Bakıya ünvanlanmasına xoş baxılmır. Məmməd müəllim isə dinc dayanmır, Naxçıvanın təhsil sistemində baş alıb gedən özbaşınalıqlardan, xüsusilə də koronavirus karantin qaydalarına əməl edilməməsi barədə yuxarı orqanlara və mediaya məlumat sızdırırmş. Naxçıvan şəraitində bu “satqınçılıq” bağışlanılmaz cinayət hesab olunur və ağır cəzaya layiq görülür.

    Məmməd Qəribovun Muxtar Respublikanın “qızıl qanunlarını” tapdalamasının yaratdığı şok o qədər güclü olub ki, dalğası Naxçıvan şəhər Təhsil şöbəsini də yerindən oynadıb. Şöbə müdiri Elşən Qəbulovun artıq vəzifədən uzaqlaşdırıldığı bildirilir. Onun həbs edilib-edilməməyəcəyi göydə Allaha, yerdə zati-alilərin insafına, daha doğrusu, qərar verərkən kefinin kök vaxtına düşüb-düşməməsinə qalıb.

    Azərbaycanda sabiq Təhsil naziri həbs olundu - FOTO
    Şəkildə: Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri E.Qəbulov və komandası
    Məlumata inansaq, E.Qəbulovdan başqa Təhsil şöbəsinin daha 4 işçisi də sabiq nazirin oduna yanıb. İşdən qovulan həmin şəxslərdən bəziləri artıq saxlanılıb.

    Qeyd edək ki, “maarifçi xəyanət”in baş suçlusu Məmməd Qəribov 2018-ci ildə Vasif Talıbovun fərmanı ilə Muxtar Respublikanın Təhsil naziri vəzifəsindən azad edilmişdi. Bu fərmandan sonra Naxçıvanda qalmağın heç bir mənası olmadığını düşünən Məmməd müəllim Bakıya köçmüş və özünə uyğun iş axtarışına başlamışdı. Di gəl ki, Azərbaycanın da yazılmamış qanunları var və bu qanunlardan birinə əsasən, Naxçıvanda “özünü doğrultmayan” istənilən kadra paytaxtın dövlət orqanlarında da iş verilmir. Məmməd Qəribov isə müəllim olduğundan adına layiq işi də təhsil strukturlarında axtarırmış. Onun nəhayət iş axtarışından vaz keçib “Neftçilər” metrostansiyasının yanındakı kiçik dükanlardan birində telefon satmaqla məşğul olduğu xəbər verilir.

    Görünür, sabiq nazirin ora-bura məktub yazmasının səbəbi də yazılmamış qanunların çərçivəsinə sığa bilməməsindən irəli gəlib.
    PAYLAŞ:

    Oxşar xəbərlər