Kataloniyada parlament seçkiləri keçirilir

Kataloniyada parlament seçkiləri keçirilir
  • Dünya

  • Bu gün səhər saat 9:00-da İspaniyanın Kataloniya muxtariyyətində parlament seçkiləri keçiriləcək.

    Asiya.az
    TASS-a istinadən xəbər verir ki, 2018-ci ildən bəri regional hökumətə rəhbərlik edən Kim Torranın vəzifəsini itirməsindən sonra seçkilərin keçirilməsinə qərar verililib.

    Bölgədə yaşayan təqribən 5,5 milyon insan səsvermədə iştirak edəcək. Kataloniya sakinləri muxtar icma parlamentinə namizədlər arasından 135 üzv seçəcək.

    Seçki məntəqələri yerli vaxtla 20:00-da bağlanacaq.

    Səsvermə koronavirus pandemiyası fonunda reallaşdığından bölgə rəhbərliyi təhlükəsizliyi təmin etmək üçün bir sıra tədbirlər görüb.

    Səsvermə ərəfəsində aparılan rəy sorğularına görə, iki düşərgə təmsilçilərinin şansları praktik olaraq bərabərdir: Krallığın birliyini dəstəkləyən Kataloniya Sosialist Partiyası seçicilərin 23,7 faizinin, muxtariyyətin müstəqilliyini müdafiə edən Kataloniyanın Sol Respublikaçıları Partiyası isə 19,9 faizinin dəstəyini qazanacağı proqnozlaşdırılır.

    Qeyd edək ki, Kataloniyada son parlament seçkiləri 2017-ci ildə keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər