Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
  • Sosial / Araşdırma

  • Ərkivan Xeyriyyə Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Masallı rayonu Ərkivan qəsəbəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ağacəkmə aksiyası keçirilib.

    Asiya.az
    xəbər verir ki, aksiya iştirakçıları öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Sonra aksiyanın təşkilatçıları və könüllülər tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Ərkivan şəhidinin xatirəsinə qəsəbənin Bağlaküçə məhəlləsində ucaldılan “Şəhidlər” abidə kompleksinin həyətində 30 ədəd şam ağac əkilib, ətraf abadlaşdırılıb.

    Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov bildirib ki, “Şəhidlərimizin adlarını əbədiləşdirmək, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim mənəvi borcumuzdur. Cəmiyyətimiz tərəfindən bu yöndə aksiyalarımız davamlı olacaqdır”.

    Aksiyada “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri Raci Səfərov iştirak edib.
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    Masallıda ağacəkmə aksiyası keçirildi - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər