Millət vəkili şəhid ailələrini ziyarət etdi – FOTO

Millət vəkili şəhid ailələrini ziyarət etdi – FOTO
  • Sosial

  • Səbinə Xasayeva millət vəkili seçildiyi ərazi üzrə Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edərək onların sosial durumu, gündəlik qayğıları ilə maraqlanıb.

    Asiya.az
    xəbər verir ki, bu haqda millət vəkili öz sosial hesabında paylaşım edib.

    "Qaradağ və Yasamal rayonunda Vətən Müharibəsinin bir qrup qazi və şəhid ailələrinə dəstək olmaq məqsədi ilə onları ziyarət edəndən sonra bu gün Binəqədi rayonunun Xocəsən qəsəbəsində yaşayan daha iki şəhid ailəsinə baş çəkdim. Şəhid valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlandım".

    Sonra Millət vəkili şəhid ailələrinin qaldırdıqları problem və məsələlərin həll edilməsini nəzarətdə saxlayacağını qeyd edərək, onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə etdiklərini yazır.

    Görüşlərdə Səbinə Xasayevanın köməkçisi Bayram Məmmədov, Binəqədi rayon icra hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova da iştirak edib.

    "Hər bir dövlət məmuru və vətənpərvər insan şəhid ailələrinə daimi diqqət və qayğı göstərməyi özünün mənəvi borcu bilməlidir. Şəhid və qazi ailələrinə bundan sonra da mütəmadi ziyarət edəcəm". - deyə millət vəkili Səbinə Xasayeva bildirib.
    Millət vəkili şəhid ailələrini ziyarət etdi – FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər