Öskürəyə qarşı ən təsirli bitki çayları

Öskürəyə qarşı ən təsirli bitki çayları
  • Maraqlı

  • Öskürək siqaret, bədəndə maye çatışmazlığı və mikrob kimi amillərdən meydana gəlir. İnsan öskürən zaman, nəfəs borusu və ağ ciyərlərindən lazımsız maddələri xaric edilir. İnsanlar arasında daha çox quru öskürək növü yayılıb. Bunun qarşısını almaq üçün maye qəbulu ilə yanaşı siqareti də tərgitmək vacibdir. Mütəxəssislər, öskürəyi dayandırmaq və qısa müddətdə bu xəstəlikdən qurtulmaq üçün bəzi bitki çayları tövsiyyə edirlər.

    Asiya.az
    Sfera.az-a istinadən həmin bitki çaylarını təqdim edir:

    1.Nanə çayı
    Soyuqdəymənin müalicəsində və öskürəyə qarşı ən təsirli bitki çaylarından biridir. Dadını sevməyənlər üzərinə 1 çay qaşığı bal əlavə edərək qəbul edə bilər.

    2.Adaçayı
    Mükəmməl bir antioksidan olan bu çay, quru öskürəyin müalicəsində tez-tez istifadə olunur. Boğaz ağrısı üçün daha çox qarqara edilməsi tövsiyyə olunur.

    3.Zəncəfil çayı
    Qrip və soyuqdəymədən qaynaqlanan öskürək zamanı istifadə edilir. Bir stəkan qaynar suya suya 2-3 ədəd zəncəfil atılır və 10-15 dəqiqə dəmlənir. Gündə 3 stəkan olmaqla səhər, günorta və axşam yeməyindən sonra içilməsi məsləhət olunur.

    4.Acı bibər və bal qarışığı
    Ənənəvi Çin təbabətində də istifadə edilən acı bibər qan dövranını aktivləşdirir və bəlğəmin təmizlənməsinə kömək edir. Bal isə öskürəyə qarşı antibiotik kimi fəaliyyət göstərir. Acı bibər və bal qarışığı daha çox bəlğəmli öskürəkdə istifadə edilir. 1 çay qaşığı acı bibər və 2 xörək qaşığı bal bir stəkana qoyulur və üzərinə qaynar su əlavə edilərək ağzı bağlı vəziyyətdə 15 dəqiqə dəmlənir. Daha sonra isə qəbul edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər