Qənirə Paşayeva şəhid Rövşən Vəlixanovun ailə üzvləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Rövşən Vəlixanovun ailə üzvləri ilə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon, Qaraxanlı kənd sakini, Vətən Müharibəsinin şəhidi Rövşən Aydın oğlu Vəlixanovun ailə üzvləri ilə Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhid ailəsinin qayğıları ilə maraqlanıb və öz ürək sözlərini bölüşüb: "İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid ailələri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Rövşənin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Rövşən Vəlixanov müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi quluqçusu idi. O, Murovdakı döyüşlərdə şəhid olub. Onun kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm"!

    Şəhidin ailəsinə Mədəniyyət Komitəsi adından Məktub təqdim olunub.
    Qənirə Paşayeva şəhid Rövşən Vəlixanovun ailə üzvləri ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər