Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb

Azərbaycanda platinin qiyməti altıillik maksimuma çatıb
  • İqtisadiyyat

  • Bu gün Azərbaycanda platinin qiyməti 4,2% artaraq bir unsiyaya görə 1 333,83 ABŞ dolları təşkil edib ki, bu da son altı ildən bir qədər artıq müddətdə qeydə alınmış ən yüksək göstəricidir.

    Asiya.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, sonuncu dəfə platinin bundan yüksək dəyəri 2014-cü ilin 24 sentyabr tarixində qeydə alınıb (1 337 dollar).

    Qeyd edək ki, dünya bazarlarında platinin bahalaşması iqtisadi nikbinlik fonunda müşahidə olunur. Belə ki, son 6 ildə platinin dəyəri maksimuma çatıb. Nyu-Yorkun "Comex" birjasında platinin fyuçərslərinin dəyəri bü gün saat 09:23-də 1,05% artaraq 1 326,5 dollara çatıb. Treyderlərin ümidlərinin artması dünyada peyvəndlərin yayılması ilə bağlıdır və bu trend xammala olan tələbatın artmasına səbəb olub.

    Xatırladaq ki, təkcə bu ilin əvvəlindən sözügedən qiymətli metalın dəyəri 25,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37,5% artıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər