Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik

Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik
  • Cəmiyyət

  • Möhtərəm cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2020-ci il noyabrın 16 dan başlayaraq işğaldan azad olunmuş rayonlara səfərləri davam etməkdədir. Noyabrın-16 da Füzuli və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində cənab prezidentimiz Füzuli – Şuşa avtomobil yolunun təməlinin qoyulmasından bəhs edərək bildirmişdir ki, bu yol bizi əziz Şuşamıza aparacaq. 2020-ci il noyabrın 23-də cənab prezident və birinci xanım Mehriban xanım Əliyeva Ağdam şəhərinə səfər etmişdilər. Ağdam məscidini ziyarət edərək, prezident Məkkədən gətirdiyi Qurani-Kərim kitabını məscidə təqdim etmişdir. 2020-ci il dekabrın 23-də cənab prezident və Mehriban xanım Əliyeva Zəngilan rayonunda olmuş, barbar düşmənin bu ərazidəki vandalizminin canlı şahidi olmuşlar. 2021-ci il yanvarın 14-də Şuşaya səfəri çərçivəsində cənab prezident və Mehriban xanım Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa yolunun, hava limanın təməl qoyma mərasimində iştirak etmişlər. 2021-ci il fevralın 16-da 28 illik həsrətdən sonra cənab prezident və Mehriban xanım Əliyeva Laçın torpağına səfər etmişdilər. Prezident İlham Əliyev bildirmişdir ki,”işğaldan azad olunmuş ərazilərimizin o cümlədən Qarabağın tacı olan Şuşamızın hər bir məhəlləsi, küçəsi, divarı, daşı tarixdir. Bu ərazilərimizdə qədimliklə müasirliyin vəhdəti qorunacaqdır.Bərpa işlərinin aparılmasında xarici mütəxəsisilərin də cəlb olunacağını prezidentimiz vurğulamışdır.

    Azərbaycan Xalq cəbhəsinin 1992-1993-cü illərdə hakimiyyət çəkişmələri, düzgün idarəetmənin olmaması ölkəmizin müdafiə qabiliyyətini zəiflətdi. 1992-ci il 8 mayda Şuşanın,18 mayda Laçının itirilməsinə səbəb oldu. Bununla da mənfur düşmənlərimiz Qarabağa nəzarəti tam ələ aldılar. O zamanki xain və satqın rəhbərlərimizin səhvləri ucbatından 28 il idi ki, Qarabağda tarixi ədalətsizlik hökm sürürdü. Biz haqq ədaləti 44 gün ərzində ali baş komandanımız başda olmaqla dünyaya örnək olan ordumuz və igidlərimizin qanı,canı hesabına bərpa etdik.Torpaqlarımıza qayıdaraq dövlət sərhədlərimizi bərpa etməklə ən böyük zəfərə nail olduq. Dünyada neft qaz ölkəsi, mötəbər idman yarışlarına ev sahibliyi edən, mədəniyyət beşiyi kimi tanınan ölkəmiz 44 günlük müharibə zamanı öz torpaqlarını döyüş meydanında öz güclü ordusu ilə geri qaytaran, zəfər çalan ölkə kimi tanındı.Qalib ölkənin vətəndaşı olaraq ölkəmizlə fəxr edirik. Tarixi qələbə qazanaraq düşmənə diz çökdürdük, məcbur etdik ki, 3 rayonu –Kəlbəcər, Ağdam, Laçın rayonlarını özləri könüllü olaraq qaytardılar. Ermənistan bu məğlubiyyəti hələ də həzm edə bilmir, müəyyən təxribatlara əl atır. Bu Azərbaycan xalqını heç də qorxutmur. Çünki xalq,ordu,prezident dəmir yumruq olaraq birləşib düşmənə sarsıdıcı zərbələr vurub,hər zaman da düşmən təxribatlarının, revanşist qüvvələrin hədələrinə layiqli cavab verməyə hazırıq.

    Yaşasın Güclü Sərkərdəmiz!
    Yaşasın Müzəffər Ordumuz!
    Qarabağ Azərbaycandır!
    Aynur Hüseynova
    Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəlliməsi.
    PAYLAŞ:

    Oxşar xəbərlər