“Nicat Cəlilov övladımdan 1000 manat rüşvət tələb edir“ - Penitensiar xidmətin Müalicə Müəssisəsində nələr baş verir?

“Nicat Cəlilov övladımdan 1000 manat rüşvət tələb edir“ - Penitensiar xidmətin Müalicə Müəssisəsində nələr baş verir?
  • Sosial / Araşdırma

  • “Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov öz tutduğu vəzifəsindən sui-istifadə edərək, dövlət müəssisəsini özəl obyekt kimi istifadə edir. O, xəstə məhkumlar üçün dövlət tərəfindən ayrılmış yüksək məbləğdə dərman pereparatlarını və tibbi avadanlıqları mənimsəyərək, özünə məxsus olan Bakı şəhərində yerləşən 2 şəxsi apteklərində satışa çıxarır. O, bu cür mənimsəmə yolu ilə böyük var dövlət əldə etmişdir. Əlbətdə bunlar hamısı xəstə və eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqlarıdır. Hətta COVİD 19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstələr belə müəssisəyə daxil olmamışdan öncə heç bir testdən və yoxlamadan keçmədən Nicat Cəlilovun dediyi məbləği ödəməyə məcburdular. Əsk halda isə həmin xəstələr dərhal gəldikləri cəza çəkdikləri müəssisələrə geri qaytarılırlar. Bu isə əksər hallarda həmin xəstələrini ölümü ilə nəticələnir”.

    Bu sözləri Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı vasitəsilə Penitersiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 2-ci qrup əlil Səmədov Əli Azər oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan məktubda qeyd edilib.

    Bir nüsxəsi də Asiya.az-a təqdim edilən şikayət məktubunda yazılır:

    Cənab Prezident!
    Mənim oğlum 2019-cu ildə müalicə müəssisəsində biləvasitə Nicat Cəlilovun etdiyi çoxsayda qanunsuz əməllərə şahid olub. Bütün gördüklərini məktub vasitəsilə Sizə və aidiyyatı sturukturlara ünvanlayıb. O zamanlar o, oğlumun müalicəsinin təşkili və xəstəlik sənədlərini Dövlət Tibbi Sosial Ekspertiziya və Reabilitasiya komissiyasına təqdim edilməsi üçün 2000 (iki min) manat rüşvət istəmişdi. Lakin Nicat Vidadi oğlu Cəlilov çoxsaylı tapşırıqlardan sonra qorxaraq bu məsələni pulsuz yerinə yetirdi və ona 5 il müddətinə 2-ci qrup əlillik dərəcəli təyin edildi”.

    Məhkumun anası daha sonra yazır:

    Cənab Prezident!
    Hazırda oğlumun xəstəliyi ağırlaşması səbəbilə əlilliyin vaxtından əvvəl dəyişdirilməsi üçün müraciət edib. O, haqqı olan 1-ci dərəcəli əlilliyini almaq istəyir. Bu dəfə də Nicat Cəlilov övladımdan 1000 (min) manat rüşvət tələb edir.
    Sizdən çox xahiş edirəm, dediklərimin obyektiv araşdırılmasını Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin korrupsiya və rüşvət çirkabında çapalayan və arxasında Ramiz Mehdiyevin dayandığı məmurlara deyil, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyə göstəriş verəsiniz. Ramiz Mehdiyevin çöküntüsü olan Nicat Vidadi oğlu Cəlilov haqqında qanunun müvafiq maddələri ilə cinayət işi başlanılsın, haqq öz yerini tapsın.”

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər