"Oğlumun adı bu küçədən götürülsün.." - Masallıda şəhid anasını narazı salan kimlərdir?

"Oğlumun adı bu küçədən götürülsün.." - Masallıda şəhid anasını narazı salan kimlərdir?
  • Sosial / Araşdırma

  • Masallı rayonunun Ərkivan qəsəbəsi nəinki rayonda, Azərbaycanda sayılıb-seçilən, ölkəyə saysız-hesabsız ziyalı bəxş edən qəsəbədir. Qəsəbə 1-ci Qarabağ Müharibəsində 17, Tovuz döyüşlərində 1, Vətən Müharibəsində isə 3 şəhid verib. Şəhidlərimizə hörmət əlaməti olaraq qəsəbədə “Şəhidlər parkı” salınıb, “Şəhidlər bulağı” inşa edilib, iki məktəbə, bir neçə küçəyə şəhid adı verilib.
    Söz açacağımız küçə qəsəbənin Abası məhəlləsində yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş Mahir Binyatovun adını daşıyır.
    Şəhidimiz bu küçədə böyüyüb boya-başa çatıb. Bu küçədən müharibəyə yollanıb. Ən sonunda isə onun şəhid tabutu bu küçədən son mənzilə yola salınıb..

    Sözü gedən küçə uzun illərdir şəhid Mahir Binyatovun adını daşısa da bu heç bir rəsmi sənəddə qeyd edilmir. Həmin küçənin şəhid adına olduğunu bildirən lövhə yoxdur. Sovet vaxtı rayonun əksər mərkəzi küçələrində işıqlandırma olmayanda belə bu küçə par-parıldayırdı. İndi isə...

    Asiya.az-a müraciət edən şəhid Mahir Binyatovun anası Zeynəb Binyatova deyir ki, həmin küçə qəsəbədə 1 saylı və 5 saylı məktəblərin arasında yerləşir və qəsəbənin əsas küçələrindən hesab olunur.

    "Oğlumun adı bu küçədən götürülsün.." - Masallıda şəhid anasını narazı salan kimlərdir?
    Zeynəb Binyatova (Şəhid anası)

    “Hər gün yüzlərlə məktəbli bu yoldan istifadə edir. İnsanların gediş-gəlişi üçün ən qısa, rahat yoldur. Yüzlərlə qəsəbə sakini bu küçədə olan bulaqdan su aparır.
    2017-ci ildə küçədəki işıq dirəkləri Masallı Elektrik Şəbəkəsi tərəfindən yeni dəmir dirəklərlə əvəz edildi. Köhnə işıq dirəkləri isə ona bərkidilmiş işıq plafonları ilə birlikdə çıxarılıb aparıldı. Həmin vaxtdan sonra bu küçə gecələr qaranlığa qərq olur. Küçənin bir hissəsi kolluq, dərə olduğu üçün sahibsiz itlər, çaqqal və tülkü kimi heyvanların oylağına çevrilib. Bu şəhid adına olan hörmətsizlikdir” - deyə şəhid anası qeyd edir.

    Zeynəb Binyatova dəfələrlə küçə işıqlarının yenidən bərpa edilməsi üçün Masallı Elektrik Şəbəkəsinə müraciət edib, amma ona “öz hesabınıza edin” cavabını veriblər. İdarədən deyiblər ki, onların işıq dirəklərinə işıq plafonu bağlamağa icazələri yoxdu. Kənd camaatı mərkəzi küçələrin birinin işığa çıxmasını istəyirsə əlini cibinə salmalı və ayrıca işıq dirəkləri almalıdır.

    Masallı Elektrik Şəbəkəsinin yeni rəisi Gündüz Səfərova xahiş etdikdə isə, “işığınızı mən kəsməmişəm ki, mən də bərpa edim” – deyir.
    Şəhid anası qeyd edir ki, “Küçəmizin yolu dağılıb, biraz yağış yağan kimi küçəyə palçıq əlindən girmək olmur. Bəzən elə olur ki, ağır xəstəmiz olanda Təcili Tibbi Yardım maşınını bu küçəyə gəlmək istəmir. Küçədəki kanalizasiya “lyuk”ları da qəzalı vəziyətdədir. Mən adiyatı qurumlara səslənirəm. “Ya oğlumun adı bu küçədən götürülsün ya da küçə şəhid adına layiqli təmir edilsin”.

    Şəhid anası küçənin təmir edilməsi ilə əlaqədar Azərbaycanın Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya da müraciət etdiyini bildirdi.
    Asiya.az

    PAYLAŞ:

    Oxşar xəbərlər