Qüdrətli Azərbaycan Qarabağı Dirçəldəcək!

Qüdrətli Azərbaycan Qarabağı Dirçəldəcək!
  • Siyasət

  • Azərbaycan müstəqilliyini ədə etdikdən sonra, qeyri-sabit daxili və xarici siyasətini normallaşdırmaqla dünya arenasında özünün müstəqil siyasətini nümayiş etdirmişdir. Azərbaycan xalqı şərəfli yol keçməklə uğurlara imza atmışdır. Lakin qarşıda duran ən böyük probem işğal altında olan torpaqlarımızın azad olunması idi. Uzun bir müddətdən sonra 2020-ci il xalqımızın salnaməsinə “Zəfər tarixi” kimi yazıldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi və rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovaraq Qarabağ problemini həll etdi. Bu proses Ali Baş Komandanımızın uzaqgörən siyasəti ilə güclü ordunun yaradılması və idarə olunması, xalqı bir yumruq kimi birləşdirməsi nəticəsində baş tutdu. Bu gün isə Qarabağın dirçəldilməsi dövrü başlayır. Qarabağı dirçəltmək üçün dövlətimiz planlı şəkildə ardıcıl işlərin görülməsinə start vermişdir. Dövlətimiz hər zaman öz vətəndaşlarının gələcəyini düşünür. Nəzərdə tutulan perspektiv layihələrin icra olunması üçün ilk növbədə ərazilərin mina və partlayıcı hərbi sursatlardan təmizlənməsinə, sonra isə azad olunmuş ərazilərin hər bir zonasına uyğun təbii resursları nəzərə almaqla onlardan səmərəli istifadə etmək üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatının müvafiq sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Geniş miqyaslı layihələri həyata keçirmək üçün enerji mənbələrini qurmaq və idarə etmək lazımdır.

    Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Fizuli, Zəngilan, Laçın və Cəbrayıl bölgələrinə səfərləri zamanı çıxışlarında azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirmişdir. Belə ki, bu torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaqdır. Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Zəngilan rayonunda həyata keçiriləcək birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Quruculuq işlərinin yüksək səviyyədə, sürətlə, vaxtında yerinə yetirilməsi üçün investisiyaların cəlb olunması vacib məsələdir. ”Yaşıl enerji”nin inkişafı bu baxımdan əsas istiqamətlərdən biridir. Biz inanırıq ki, cənab prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində bərpa və quruculuq işləri planlı şəkildə yerinə yetiriləcəkdir. Qarabağın resurslarının səmərəli istfadəsi nəticəsində ölkə iqtisadiyyatına uğurlu töhfələr veriləcəkdir və Azərbaycan daha da qüdrətli dövlətə çeriləcəkdir.
    Xalqımızın dövlətimizin ətrafında sıx birləşməsi uğurların açarıdır. Biz birlikdə güclü oluruq.Birliyimiz Qarabağın dirçəlməsi yolunda böyük uğurlar qazanılmasına yol açacaqdır. Azərbaycan güclənəcək və qüdrətli Azərbaycan Qarabağı dirçəldəcək!

    Allahverdi Piriyev
    Salyan rayon “Ziyalılar birliyi”nin sədri, Respublikanın əməkdar müəllimi.
    PAYLAŞ:

    Oxşar xəbərlər