Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni inkişaf etdirir

Vətən müharibəsində tarixi zəfər və Azərbaycanın təşəbbüsləri bölgəni  inkişaf etdirir
  • Cəmiyyət

  • 27 sentyabr 2020-ci ildə mənfur, xain,vandal erməni qonşularımızın yenidən Azərbaycan torpaqlarını işğal etmək istəyinə qarşı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu əks həmlə hücumuna keçdi. 44 gün ağır döyüşlər getdi. 30 ilə yaxın işğal altında olan Qarabağ torpağında ermənilər böyük mühəndislik işləri görmüş və möhkəmlənmişlər. Müzəffər Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı və igidliyi nəticəsində “alınmaz” hesab edilən torpaqlarımız işğaldan azad edildi. Tarixdə misli görünməyən bir qəhrəmanlığın nəticəsi olaraq təxminən 1800 günə işğal olunmuş Qarabağ torpağı 44 günə işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində 2841 nəfər igidimiz Şəhidlik zirvəsinə ucaldı. 10 noyabr 2020-ci il tarixində Ermənistan “kapituliyasiya aktı”na məcbur edilərək imza atdı və məğlub olmasını bəyan etdi. Biz zəfər çaldıq.

    10 noyabr 2020-ci il tarixdə qəbul olunmuş ”Birgə Bəyanatda” ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı. Bu zəfər, Müzəffər Ali Baş Komandan-Ordu - Xalq birliyinin, birlikdə gücünün və bu birliyin simvoluna çevrilmiş “Dəmir Yumruq”əməliyyatının nəticəsində baş verdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu, düşmən torpaqlarımızdan qovuldu və nəticədə bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu. Tarixi zəfər qələbəmizin zaman kəsiyi baxımından qısa müddətdə qazanılmasının önəmli və əsas cəhətlərindən biri də son 17 ildə Azərbaycan dövlətinin siyasi və iqtisadi sahədə dünyada alternativi olmayan bir dinamika ilə inkişaf etməsi idi. Azərbaycan dövlətinin siyasi və iqtisadi inkişafı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dünyanın aparıcı dövlətləri tərəfindən müsbət qarşılanması, Azərbaycanın Qərblə-Şərqi, Avropa ilə Asiyanı birləşdirən iqtisadi körpü rolunu ifa etməsi və.s. Azərbaycan Respublikasında İdarəetmə sisteminin zamanı qabaqlamaq siyasəti pilləsində uğurla həyata keçirilməsinin əyani təzahürüdür. Son illərdə uzaqgörən siyasətin nəticəsi olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum, Bakı-Tibilisi-Qars, TANAP, TAP kimi neft, qaz-dəmir yolu xətlərinin çəkilişi və istismarı Azərbaycan dövlətini dünyada etibarlı enerji təhlükəsizliyi ölkəsinə və etibarlı tərəfdaşa çevirdi. İşğaldan azad olunduqdan sonra Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmiryolu xəttinin çox böyük əhəmiyyəti var. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın əzəli və əbədi olan İşğaldan azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmiryolu nəqliyyat əlaqəsinin yaranmasına önəmli töhfə verəcəkdir. Qurulan dəmiryolu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmiryolu şəbəkəsi yaradılacaqdır. Cənab Prezidentimiz İlham Əliyevin bölgədə qurulan və istismara verilən bu dəmir yollarının strateji əhəmiyyətindən və ölkəmiz üçün nə qədər siyasi və iqtisadi baxımdan önəmli olduğu haqda fikirlərini Azərbaycan əhalisi ilə bölüşərkən söylədiklərini aşağıda qeyd olunan ardıcıllıqla göstərmək istərdim:

    1. Bölgə ölkələri bu yolun tikintisinə böyük maraqla yanaşırlar.
    2. Dəmir yol infrastrukturunun bərpasının,nəqliyyat layihələrinin bölgə üçün xüsusi əhəmiyyəti var. Bütün bölgə ölkələri ancaq xeyir götürür.
    3. Bölgəmizin uzunmüddətli inkişafı, sabitliyi təmin edilir və müharibə riski sıfra endirilir.
    4. Azərbaycan - Naxçıvan-Türkiyə birləşir.
    5. Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə dəmiryolu açıla bilər.
    6. Rusiya-Naxçıvan-İran dəmiryolu bağlantısı olur.
    7. Türkiyə-Rusiya arasında və İran-Ermənistan arasında dəmiryolu bağlantısı olacaq.

    Cənab Prezident İlham Əliyev Bakı – Tibilisi - Qars dəmiryolunun istismara verilməsinin əhəmiyyəti haqqında söyləmişdir ki, bu yol ölkəmizin geosiyasi əhəmiyyətini artırır, Azərbaycan transit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin ediləcək. Artıq Bakı-Tibilisi-Qars dəmiryolu ilə Rusiya ilə Türkiyə arasında yükdaşımalar başlanmışdır.
    Bütün bu layihələr Cənab Prezident İlham Əliyevin təşəbbüsü, böyük uzaqgörənliyi, siyasi iradəsi və iqtisadi cəhətdən zamanı qabaqlamaq istedadına malik olmasının nəticəsində baş tutmuşdur.

    Səlimağa Səlimli
    Salyan rayon Şəkərli kənd sakini, əməkdar müəllim.
    PAYLAŞ:

    Oxşar xəbərlər