Qənirə Paşayeva Əməkdar incəsənət xadimi Cəmil Fərəcovla görüşüb - FOTO

Qənirə Paşayeva Əməkdar incəsənət xadimi Cəmil Fərəcovla görüşüb - FOTO
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili onu 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Cəmil müəllim,
    Sizi - tanınmış kinorejissoru, respublikamızın Əməkdar incəsənət xadimini 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyirik!
    Sizin "Azərbaycanfilm" kinostudiyasındakı uzunmüddətli rejissorluq fəaliyyətiniz məhsuldar olub. Siz həmişə öz kübarlığınız, təmənnasızlığınız və təvazökarlığınızla seçilən ziyalı olmusuz.
    Mədəniyyət Komitəsi adından Sizi bir daha təbrik edir, ən xoş arzularımızı yetiririk"!

    Kinorejissora Komitə adından Təbrik Məktubu və üzərində "Qarabağ - Azərbaycandır!" yazılmış qol saatı təqdim edilib.

    Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
    Qənirə Paşayeva Əməkdar incəsənət xadimi Cəmil Fərəcovla görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər