Qənirə Paşayeva şəhid leytenant Teymur Abbasovun ailə üzvləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid leytenant Teymur Abbasovun ailə üzvləri ilə görüşüb - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova, övladları Feyruz və Siruzla Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhid zabitin oğullarının təhsili ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

    "Vətəncanlı zabitimiz Teymur Ababsov və onun silahdaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Şəhid zabitimiz haqqında filmlə də tanışıq, anasının, döyüş yoldaşlarının fikirləri ilə də. Teymur kimi vətəncanlı, mərd zabitlərimizlə hamımız qürur duyuruq, ancaq bu qürur ilk növbədə sizə aiddir.
    Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!
    Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz. Sizi təbrik edirəm, əziz bacım! Vətənpərvər zabitimizin ömrü oğullarınız Feyruz və Siruzda yaşasın"!

    Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.
    Qənirə Paşayeva şəhid leytenant Teymur Abbasovun ailə üzvləri ilə görüşüb - FOTO
    Qənirə Paşayeva şəhid leytenant Teymur Abbasovun ailə üzvləri ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər